Pakistanda 5,6 bal gücündə zəlzələ baş verib.
Modern.az xəbər verir ki, bu barədə Avropa Aralıq dənizi Seysmoloji Mərkəzindən bildirilib.
Zəlzələ ölkənin cənub-qərbində hiss edilib. Yeraltı təkanlar 30 km dərinlikdə baş verib.
Dağıntılar barədə məlumat verilməyib.
Akif İsmayılov