Modern.az

Baydenin koronavirus testi yenə müsbət çıxdı 

Baydenin koronavirus testi yenə müsbət çıxdı 

Dünya

31 İyul 2022, 20:49

ABŞ prezidenti Co Baydenin bu səhər verdiyi növbəti koronavirus testinin nəticəsi müsbət olub.

 

Modern.az xəbər verir ki, bu barədə onun həkimi Kevin Okonnor məlumat verib.

 

Prezident özünü təcrid etməyə davam edəcək.

 

Həkimin sözlərinə görə, dövlət başçısı özünü yaxşı hiss edir.

 

“Onun dünən verdiyimiz müsbət nəticəsini nəzərə alaraq, gündəlik monitorinqi davam etdirdik. Təəccüblü deyil ki, bu səhər onun SARS-CoV-2 antigeni üçün analizi müsbət qalıb”, - deyə həkim qeyd edib.

 

Xatırladaq ki, Bayden dünən qısa müddət ərzində ikinci dəfə koronavirusa yoluxduğunu bildirib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi