İsveçin IKEA şirkətinin Rusiyadan çıxması fonunda 2022-ci ilin ilk altı ayı ərzində Türkiyədən Rusiyaya mebel ixracı 88,1% artaraq 65 milyon dollara çatıb.
Modern.az xəbər verir ki, bu barədə "Anadolu" agentliyi məlumat yayıb.
Ekspertlərin fikrincə, Türkiyə mebellərinin Rusiyaya tədarükü ilin sonuna qədər artmaqda davam edəcək.
Agentlik bildirir ki, mebel, kağız və meşə məhsulları ixracı ilin birinci yarısında 30% artıb, bu da sənaye üzrə orta göstəricidən təxminən üç dəfə çoxdur.
Mebel Sənayesi Sahibkarları Assosiasiyasının (MOBSAD) rəhbəri Nuri Gürcanın sözlərinə görə, 2021-ci ildə Türkiyənin mebel ixracı 4,3 milyard dollar, 2022-ci ilin birinci yarısında isə artıq 2,4 milyard dollar təşkil edib.
Ukraynada xüsusi hərbi əməliyyat apardığı üçün Fransa, ABŞ və Almaniya kimi ölkələrə, eləcə də Rusiyaya daha çox mebel ixrac edilib.
O qeyd edib ki, hazırda Türkiyə Rusiya Federasiyasına mebel ixrac edən ölkələr arasında səkkizinci yerdədir. Ötən il təqribən 40 milyon dollarlıq məhsul ixrac edib, lakin ilin birinci yarısında ixrac 88,1% artaraq 65 milyon dollar olub.
Akif İsmayılov