Modern.az

Balkanlarda gərginlik - Kosovoda silah səsləri eşidilir

Balkanlarda gərginlik - Kosovoda silah səsləri eşidilir

Dünya

31 İyul 2022, 21:54

Kosovonun şimalında yerləşən və əsasən serblərin yaşadığı Kosovska Mitrovitsa şəhərində həyəcan siqnalları və atəş səsləri eşidilir.

 

Modern.az xəbər verir ki, bu barədə "Kosov onlayn" portalı məlumat yayıb.

 

KİV-in məlumatına görə, Serbiya ordusu yüksək döyüş hazırlığı vəziyyətinə gətirilib. Belə ki, Serbiya ordusu Kosovo ilə sərhəddə barrikadalar qurur, Kosovo xüsusi təyinatlıları isə sərhədə toplaşıb.

 

Serbiya Prezidenti Aleksandr Vuçiç Kosovonun bu gecə hücuma başlayacağını bildirib.

 

Akif İsmayılov 

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi