Bir neçə gün əvvəl BƏƏ-dən gələn Hindistanın Kerala əyalətinin 22 yaşlı sakini meymunçiçəyi virusundan ölüb.
Modern.az xəbər verir ki, bu barədə “The Indian Express” məlumat yayıb.
BƏƏ-dən gələndən sonra kişi aktiv həyat tərzi keçirib, heç nədən şikayət etməyib, lakin iyulun 26-da qızdırması olub və həkimə müraciət edib.
İyulun 30-da Avropada meymunçiçəyi xəstəliyindən ilk insan ölümü qeydə alınıb. Ölən şəxs İspaniyanın Valensiya bölgəsindəndir.
Akif İsmayılov