ABŞ-ın Kentukki ştatında daşqınlar nəticəsində ölənlərin sayı 26 nəfərə çatıb.
Modern.az xarici KİV-lərə istinadən xəbər verir ki, ştatın qubernatoru ölənlərin sayının artdığını, bir çox şəhərlərdə böyük dağıntıların baş verdiyini bildirib.
“Ölənlərin sayı 26-ya çatıb və artmaqda davam edəcək. Dağıntılar irimiqyaslıdır, çoxlu sayda ailə evlərini itirib və yaxın günlərdə daha çox yağıntı gözlənilir”, - rəsmi açıqlamada deyilir.
Qeyd edək ki, ABŞ Prezidenti Cozef Bayden leysan yağışların səbəb olduğu daşqını təbii fəlakət adlandırıb. O, Kentukkiyə federal yardım göstərmək barədə qərar qəbul edib.