Modern.az

57 şəhər və rayonda əmək yarmarkaları keçiriləcək

57 şəhər və rayonda əmək yarmarkaları keçiriləcək

Təhsil

19 Mart 2013, 11:13

İşsiz və işaxtaran vətəndaşların münasib iş yerləri ilə təmin olunması məqsədilə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Məşğulluq Xidməti tərəfindən həyata keçirilən aktiv məşğulluq tədbirlərinin davamı olaraq, bu il də növbəti əmək yarmarkalarının keçirilməsinə başlanıb. Nazirliyin İctimaiyyətlə əlaqələr şöbəsindən Modern.az-a verilən xəbərə görə, il ərzində ölkənin 57 şəhər və rayonunda əmək yarmarkalarının keçirilməsi nəzərdə tutulur və bunun üçün yerli məşğulluq mərkəzləri tərəfindən xidməti ərazi üzrə idarə, müəssisə və təşkilatlarla mütəmadi əlaqələr saxlanılaraq, əmək yarmarkalarında işsiz və işaxtaran vətəndaşların seçiminə təqdim etmək üçün boş iş yerləri (vakansiyalar) barədə məlumatlar toplanır. 

Qeyd edək ki, ilk olaraq, martın 19-da İsmayıllı rayonunda keçirilən Əmək yarmarkasında 415 boş iş yeri təqdim olunub və 186 nəfərə boş iş yerlərinə göndəriş verilib, 12 nəfər peşə təlimi kurslarına göndərilmək üçün qeydiyyata alınıb, 15 nəfər işaxtaran haqqı ödənilən ictimai işlərə cəlb edilib. Ötən il ölkənin bütün rayon və şəhərləri üzrə keçirilən əmək yarmarkalarında isə 7 082 nəfər özünə münasib iş yeri əldə edib. 

Aytən Əliyeva

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Rusiyadan hücum - Bu dəfə Türkiyəni vurdular