Bu il peşə təhsili üzrə 5 yeni ixtisas əlavə edilib.
Modern.az xəbər verir ki, bunu 2022-2023-ci tədris ili üzrə peşə təhsili müəssisələrinə tələbə qəbulu prosesi ilə bağlı təşkil olunan mətbuat konfransında Peşə Təhsili üzrə Dövlət Agentliyinin direktor müavini Ceyhun Kərəmov deyib.
O qeyd edib ki, bunlardan 2-si yüksək-texniki, 3-ü isə texniki peşə ixtisasıdır.