SSRİ Dövlət Təhlükəsizlik Komitəsinin sonuncu sədri general-leytenant Vadim Bakatin dünyasını dəyişib.
Modern.az xəbər verir ki, bu barədə NTV telekanalı "Telegram" hesabında məlumat yayıb.
Bildirilib ki, SSRİ dövlət xadimi 85 yaşında Moskvada vəfat edib.
Qeyd edək ki, Bakatin 6 noyabr 1937-ci ildə Novosibirsk (indiki Kemerovo) vilayətinin Kiselevsk şəhərində anadan olub.
O, 1990-cı ilin yanvarın 19-dan 20-nə keçən gecə Bakıya qoşun yeridilməsinin əmrini verən şəxslərdə biri olub. Əməliyyata rəhbərlik etmək üçün həmin dövrdə daxili işlər naziri olan V.Bakatin SSRİ Müdafiə Nazirliyinin Bakıda yerləşən hərbi qərargahında olub.