Ukraynadan yola çıxan taxıl yüklü ilk gəmi avqustun 2-də İstanbulun Boğaziçi sahillərində lövbər salacaq.
Modern.az xəbər verir ki, bunu Türkiyənin milli müdafiə naziri Hulusi Akar bildirib.
Onun sözlərinə görə, birgə nümayəndə heyəti yükü yoxlayacaq.
Taxıl məsələsinin həllinin vacib olduğunu deyən nazir vurğulayıb ki, söhbət Rusiya-Ukrayna böhranı ilə əlaqədar limanlarda gözləyən 25 milyon tondan çox taxıldan gedir.
"İlk gəminin yola çıxmasının ardınca növbəti gəmilər də problem olmadan eyni şəkildə hərəkət edəcəklər. Qlobal ərzaq problemi miqrasiyaya səbəb ola biləcək səviyyəyə yüksəlib. Bu, Afrikadan Avropaya və Türkiyəyə ciddi miqrasiya dalğası gətirə bilər. Məsələnin həll edilməsi vacibdir", - Hulusi Akar qeyd edib.