Modern.az

Təhlükəli terrorçu məhv edildi - Uğurlu əməliyyat

Təhlükəli terrorçu məhv edildi - Uğurlu əməliyyat

1 Avqust 2022, 15:48

Türkiyənin təhlükəsizlik qüvvələri uğurlu antiterror əməliyyatı keçirib.

 

Modern.az xəbər verir ki, əməliyyat nəticəsində "Berxvedan Muş" ləqəbli təhlükəli terrorçu zərərsizləşdirilib.

 

PKK sıralarındakı qanunsuz fəaliyyətinə görə 2012-ci ildə Türkiyədə həbs olunan "Berxvedan Muş" qısa müddət sonra sərbəst buraxılıb. O 2013-cü ildə yenidən PKK təşkilatının sırasına qoşulub.

 

Bir sıra terror cinayətlərində ittiham olunan "Berxvedan Muş" 2019-cu ildən başlayaraq Suriyanın Aynularab bölgəsində PKK-nın tunelqazma kimi qanunsuz işlərinə rəhbərlik edib.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi