Modern.az

Bayram gününün hava PROQNOZU verildi

Bayram gününün hava PROQNOZU verildi

19 Mart 2013, 12:37



Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 20-dəBakıda və Abşeron yarımadasında hava şəraitinin dəyişkən buludlu olacağı, arabir tutulacağı, əsasən yağmursuz keçəcəyi gözlənilir. Axşam bəzi yerlərdə duman olacaq. Mülayim cənub-qərb küləyi gündüz arabir güclənəcək.
Havanın temperaturunun gecə 4-8, gündüz 12-17 dərəcə isti olacağı gözlənilir.
Azərbaycanın rayonlarında martın 20-də hava şəraitinin əsasən yağmursuz keçəcəyi, gecə və səhər bəzi yerlərdə duman olacağı gözlənilir. Cənub küləyi əsəcək, arabir güclənəcək. Havanın temperaturunun gecə 3-8, gündüz 15-20 dərəcə isti, dağlarda gecə 3-8 dərəcə şaxta, gündüz 9-14 dərəcə isti olacağı gözlənilir.

Modern.az

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu