ABŞ Ukraynaya yeni HİMARS yaylım atəşli reaktiv sistemləri təhvil verib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov "Twitter" hesabında məlumat yayıb
Bildirilib ki, bu dəfə Ukraynaya 4 ədəd raket sistemi çatdırılıb. Nazir ABŞ Prezidenti Co Baydenə, həmkarı Lloyd Ostinə və Amerika xalqına təşəkkür edib.
"Bu silahları idarə edə bildiyimizi sübut etmişik",- Reznikov yazıb.
Qeyd edək ki, Ukrayna Rusiya ordusunun hücumunun qarşısını almaq üçün ABŞ-dan dəqiq zərbələr endirə bilən raket sistemləri istəyib. Vaşinqton Kiyevin tələbinə cavab verərək Ukraynaya dəqiq zərbələr endirə bilən HİMARS raket sistemləri göndərib.
Akif İsmayılov