Modern.az

Nüvə müharibəsinin qalibi olmayacaq - PUTİN 

Nüvə müharibəsinin qalibi olmayacaq - PUTİN 

1 Avqust 2022, 20:51

Nüvə müharibəsində heç kim qalib olmayacaq və bu müharibə heç vaxt başlamamalıdır.

 

Modern.az xəbər verir ki, bunu Rusiya prezidenti Vladimir Putin Nüvə Silahlarının Yayılmaması Müqaviləsi konfransının iştirakçılarına müraciətində deyib.

 

O qeyd edib ki, Rusiya Federasiyası Nüvə Silahlarının Yayılmaması haqqında Müqaviləyə ardıcıl şəkildə əməl edir.

 

“Müvafiq silahların azaldılması və məhdudlaşdırılması ilə bağlı ABŞ-la ikitərəfli müqavilələr üzrə öhdəliklərimiz də tam yerinə yetirilib", - deyə Putin əlavə edib.

 

Akif İsmayılov 

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi