Modern.az

Bakıda saxta pul kəsənlər tutuldu

Bakıda saxta pul kəsənlər tutuldu

19 Mart 2013, 13:17

Daxili İşlər Nazirliyi saxta əskinasların hazıelanması ilə məşğul olan dəstə barədə məlumat yayıb. Məlumata görə, Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsi əməkdaşlarının həyata keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində Nərimanov rayonu ərazisində, Müşfiqabad qəsəbə sakinləri İlham Hüseynov, Elnur Rəsulov, Rüstəm Cəfərov 25 ədəd 100, 17 ədəd 50, 21 ədəd 20, 8 ədəd 10 və 10 ədəd 5 manatlıq saxta əsginazları (3900) 1150 manata satarkən tutulublar. İ.Hüseynovun üzərinə baxış zamanı əlavə 2 ədəd 100, 3 ədəd 50, 6 ədəd 20 və 3 ədəd 10 manatlıq, habelə "Mercedes" markalı avtomaşınında 186 ədəd 100, 7 ədəd 50, 8 ədəd 20 və 1 ədəd 5 manatlıq saxta əsginazlar aşkar edilərək götürülüb. R.Cəfərovun evinə baxış zamanı 1 ədəd rəngli printer, 1 ədəd noutbuk, 1 ədəd kağızkəsən alət, müxtəlif nominallarda olan natamam əskinazlar və rənglər aşkar edilərək götürülüb.
Araşdırma aparılır.

Modern.az  
Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu