Almaniya Ukraynaya "Mars II" yaylım atəşli reaktiv sistemləri təhvil verib.
Modern.az xəbər verir ki, bu barədə Ukraynanın müdafiə naziri Aleksey Reznikov bildirib.
"Bu sistemlərə görə Almaniyaya və şəxsən həmkarım, müdafiə naziri Kristina Lambrextə təşəkkür edirəm. Artilleriyaçılarımız alman tərəfdaşlarına minnətdardırlar”, - o, özünün “Twitter” səhifəsində yazıb.
Ukraynanın neçə raket sistemi aldığı hələlik açıqlanmayıb.
Akif İsmayılov