Fəaliyyəti dayandırılmış Azərbaycan Beynəlxalq Universitetinin sabiq rektoru, hazırda Fransada mühacir həyatı yaşayan Elşad Abdullayev yeni müraciət yayıb. O, Modern.az saytına göndərdiyi müraciətdə “Müstəqil İstintaq Komissiyası “erməni xəstəliyinə” tutulmuş şəxslər haqqında tədbir görməlidir” deyə qeyd edib. E.Abdullayev bu sözləri “Təzadlar” qəzetinin baş redaktoru Asif Mərzilinin 14 mart 2013 il tarixində dərc etdirdiyi “Elşad Abdullayevin “erməni xəstəliyi”” məqaləsinə cavab olaraq işlədib.
“Hesab edirəm ki, MTN-in əməkdşı, qardaşım Mahir Abdullayevin oğurluq cinayəti gec-tez acılanda məhkəmə məsuliyyətinə cəlbolunan günahkarlardan biri də 37-ci il NKVD-sinin gizli polis qəzetcilərini xatırladan Zümrüd və AsifMəmmədovlar olacaq”-deyə E.Abdullayeva bildirib .
Sabiq rektorun sözlərinə görə, hələ 1987-1992-ci illərdə Moskva şəhərində “SSRİ Dövlət və Hüquq İnistitu”nun aspiranturasında təhsil aldığı müddətdə Dağlıq Qarabağ problemi ilə maraqlanmaq məcburiyyətində qalıb.
“Həmin dövrdə hüquq sahəsində üstünlük təşkil edən erməni mənşəli professorlar Dağlıq Qarabağın bugünkü vəziyyəti haqqında bizə mühazirə dərslərində açıq-aşkar mühazirələr oxuyurdular. Bu mühazirə dərsləri qüvvədə olan kecmiş sovet Konstitusiya qanunvericiliyinə və AR Konstitusiyasına zidd idi. Buna görə də bizim aramızda xoşagəlməz mübahisələr baş verirdi. O zaman kecmiş sovet rəhbəri L.İ.Brejnev rəhmətə gedəndən az sonra ABŞ-a sürgün olunmuş dünya da tanınmiş cinayət prosesi üzrə mütəxəsis akademik Straqoviç öz iş yerinə qayıtdı. Lakin az sürmədi akademik Straqoviç rəhmətə getdi. Fürsətdən istifadə edib inistitutun drektoru akademik V.N.Kudryvsevin imzası ilə Heydər Əliyevi instituta dəvət etdik. Mərasim günü Heydər Əliyev tədbirə gəldi. Biz Heydər Əliyevə bildirdik ki, professor G.Şaxnazaryan Dağlıq Qarabağ haqqında konstitusiya qanunvericiliyinə zidd leqal cıxışlar edir. Professor G.Şaxnazaryanı başa düşmək olmur. Elə oradaca HeydərƏliyev professor G.Şaxnazaryana “elmi şəkildə“ təpindi. Bundan sonra G.Şaxnazaryan Dağlıq Qarabağla baglı dünyanın 56 ölkəsini təmsil edən aspirantların auditoriyasında danışmaqdan cəkindi. Həmin ərəfələrdə G.Şaxnazaryanın qardaşı Ermənistan DTK-sının naziri idi, professorun dediyinə görə əslən Şuşanın Vən Məlikliyindən idi, Azərbaycan dilində səlist daışırdı, quranı bilirdi..”.
E.Abdullayeva deyir ki, bir azərbaycanlı hüquqşünas kimi də həmin dövrdə Dağlıq Qarabağ problemi onun diqqətini cəlb edib. Bunula əlaqədar olaraq müstəqil elmi hüquqi tədqiqat işi aparıb. Namizədlik-doktorluq dissertasiyası yazmaq istəyib, amma icazə verməyiblər.
O, ayrı-ayrı yerlərdə Dağlığ Qarabağ problemi ilə baglı bir sıra elmi məqalələr cap etdirdiyini bildirib.
“Hər şeydən oncə, elmi-huquqi araşdırmalar müəyyən edir ki, qüvvədə olan beynəlxalq hüquq normalarına görə Dağlıq Qarabağ Azərbaycanın ərazisidir...
... Qeyd etmək istəyirəm ki, həm müasir beynəlxalq hüquq, həm də məsələ ilə bağlı məhkəmə təcrübəsi Dağlıq Qarabağ konflikti ilə bağlı Azərbaycanın haqlı mövqeyini birmənalı şəkildə dəstəkləyir və onu haqlı sayır. Müasir dünya millətciliyin əleyhinədir, problemlərin huquqi həllinin tərəfdarıdır.
Hesab edirəm ki, bizim Dağlıq Qarabağ problemi ilə bağlı nəşr etdirdiyimiz elmi nəşrlərin xüsusi cəkisi qəzetçi Asif Mərzilinin və onun yerlisi səy-səy cıxışları ilə yadda qalan vəkill Ramiz Zeynalovun xüsusi cəkisindən daha ağırdır. Qald, Lev Aslan oğlu Muselyana, özündən asılı olmayaraq taleyin hökmü ilə atası azərbaycanlı, anası isə erməni olan bu şəxs Azərbaycanda doğulub yaşayıb, Azərbyacan Baş Prokurorluğunda baş prokurorun müavini vəzifəsində calışıb, məlum hadisələrdən sonra ailəsi ilə birlikdə Moskva şəhərinə qaçıb, hazırda notarius işləyir”.
E.Abdullayev bildidib ki, Müstəqil İstintaq Komissiyası müntəzəm olaraq onu təhdid edən “Təzadlar”ın baş redaktoru Asif Mərzili və vəkil Ramiz Zeynalov haqqında yazdığı ərizəsi və KİV-dəki məlumatları nəzərə alacağına ümid edir.
Modern.az