Çin Sincan-Uyğur Muxtar Bölgəsində yeni nüvə sınaq poliqonu tikir.
Modern.az xəbər verir ki, bu barədə "Nikkei" nəşri məlumat yayıb.
Agentlik mütəxəssislərlə birlikdə ərazinin peykdən çəkilmiş görüntülərini təhlil etdikdən sonra bu qənaətə gəlib.
Mütəxəssislər müəyyən ediblər ki, hələ 2020-ci ildə Çin hakimiyyəti Lop Nor gölündən 450 km şimalda genişmiqyaslı tikintiyə başlayıb. 2020-ci ilin oktyabrında burada relyefin hamarlanması işlərinə başlanılıb. Zaman keçdikcə istehkamlar yaradılıb.
Agentlik onu da bildirib ki, cari ilin birinci yarısında həmin ərazidə tunel üçün enerji infrastrukturu yaradılıb, iyunda isə partlayıcı anbarın tikintisi başa çatıb.
Akif İsmayılov