Modern.az

Erməni prezidentin qardaşını döyüb xəstəxanalıq etdilər

Erməni prezidentin qardaşını döyüb xəstəxanalıq etdilər

19 Mart 2013, 14:04

Ermənistan prezidenti Serj Sərkisyanın qardaşı Saşik Sərkisyan Moskvada kriminal qrupun şillə-təpik hədəfinə çevrildikdən sonra xəstəxanalardan birinə yerləşdirilib. Modern.az-ın məlumatına görə, xəbəri “Çorrord İnkinişxanutyun” qəzeti adını çəkmədiyi mənbəyə görə yayıb.

Qəzetdə bildirilir ki, prezidentin qardaşı davranışlarına görə Moskvada kriminal qrupun diqqət mərkəzinə düşüb. “Qrup üzvləri əvvəlcə Saşik Sərkisyanı hörmətlə qəbul ediblər. Söhbət əsnasında sona yaxın o özünü ətrafına münasibətdə pis aparıb. Bu səbəbdən də qrup üzvləri onu döyüblər”- deyə erməni qəzetində məlumat veriblər. Məlumatda o da qeyd edilib ki, Saşik Sərkisyanın vəziyyəti o qədər pis olub ki, onu xəstəxanaya aparıblar. Həkimlər ona ilk tibbi yardımı göstərdikdən sonra vəziyyəti ağır olduğu üçün xəstəxanada qalmasını israr ediblər.

Elçin AĞAYEV

 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu