Modern.az

Məktəbəhazırlıq qruplarına qəbul bu tarixdən başlanır

Məktəbəhazırlıq qruplarına qəbul bu tarixdən başlanır

2 Avqust 2022, 11:22

Avqustun 5-dən 2022-2023-cü tədris ili üzrə dövlət ümumi təhsil müəssisələrində təşkil edilmiş məktəbəhazırlıq qruplarına ərizələrin onlayn qeydiyyatı prosesinə start veriləcək.

 

Bu barədə Modern.az-a Elm və Təhsil Nazirliyindən məlumat verilib.

 

Bildirilib ki, məktəbəhazırlıq qruplarına qəbul prosesi www.mektebeqebul.edu.az elektron sistemi vasitəsilə aparılacaq. 

 

Məktəbəhazırlıq qrupları üçün məktəb seçimi ilə əlaqədar elektron sorğu yerləşdirmə prosesi Azərbaycan bölməsi üzrə avqustun 8-dən, tədris digər dillərdə aparılan bölmələr üzrə isə avqustun 11-dən başlanılır.

 

Qeyd edək ki, qeydiyyat prosesi 14 sentyabr 2022-ci il tarixində yekunlaşacaq.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Rusiya SSRİ mesajını verdi - Ukrayna Həştərxanı vurdu