“Həqiqətən də, belə bir məhsul axını dövründə nazirlik tərəfindən hər bir yarmarkaya bir neçə nəfərin tam nəzarət edərək, bəzi hallarda möhtəkirlərin mal satışına imkan verməməsi müəyyən çətinliklər yaradır”-deyə İ.Abasov bildirib. Nazir qiymət artımına yol verilməməsinə, eləcə də bəzi hallarda möhtəkirlərin yarmarkalara üz tutmalarının qarşısını almaq məqsədilə ictimai nəzarətin gücləndirilməsini məqsədəmüvafiq hesab edib və alıcılardan da bunu xahiş edib. Nazir və ətrafına yığılmış insanlar bir-birlərini ilaxır çərşənbə günü münasibətilə təbrik ediblər.