Modern.az

Heydər Əliyev Mərkəzi əsgərlər arasında müsabiqə elan edib

Heydər Əliyev Mərkəzi əsgərlər arasında müsabiqə elan edib

19 Mart 2013, 14:56


Heydər Əliyev Mərkəzi Azərbaycan Respublikası Silahlı Qüvvələrində xidmət edən əsgərlər arasında “Dövlətimi, xalqımı, ailəmi qoruyuram” adlı əsgər məktubu müsabiqəsi elan edib.

Mərkəzdən Modern.az-a bildirilib ki, müsabiqə görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar keçirilir.

Əsgər məktubları aşağıdakı məqamları əhatə etməlidir:

-Vətənə əsgər kimi xidmət etməyin müqəddəsliyi nədədir?

-Azərbaycan əsgəri dövləti, xalqı, ailəsi qarşısında öz borcunu necə yerinə yetirir?

Azərbaycan əsgəri, orduda xidmət barədə fikir və duyğularını bölüş, ən yaxşı əsgər məktubunun müəllifi kimi qalib ol!

Əsgər məktubları 27 mart  2013-ci il tarixindən 27 aprel 2013-cü il tarixinədək poçt vasitəsilə Heydər Əliyev Mərkəzinə (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti) göndərilməlidir. Məktubun sonunda müəllifin adı, soyadı, atasının adı, ev ünvanı və ev telefonu, xidmət etdiyi hərbi hissənin nömrəsi qeyd edilməlidir.

Qaliblərə mükafatlar təqdim olunacaqdır.

Mükafatlar:

1-ci yerin qalibi üçün:
1 ədəd LED televizor və 1 ədəd noutbuk

2-ci yerin qalibi üçün:
1 ədəd LED televizor və 1 ədəd planşet kompüter

3-cü yerin qalibi üçün
1 ədəd LED televizor

Müsabiqədə fərqlənən daha 50 nəfərə həvəsləndirici mükafat-LCD televizor təqdim ediləcəkdir.

Müsabiqə ilə bağlı suallar Heydər Əliyev Mərkəzinin (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu