Modern.az

Delimitasiya vacibdir - Moskvadan mühüm açıqlama

Delimitasiya vacibdir - Moskvadan mühüm açıqlama

2 Avqust 2022, 15:52

Azərbaycan-Ermənistan sərhədinin delimitasiyası iki ölkə arasında dialoqun sağlamlaşdırılması ilə bağlı Rusiyanın vasitəçilik səylərinin vacib istiqamətidir.

 

Modern.az xəbər verir ki, bunu Rusiya Xarici İşlər Nazirliyinin (XİN) rəsmi nümayəndəsi Mariya Zaxarova bu gün keçirdiyi brifinqdə deyib.

 

Onun sözlərinə görə, Moskvanın prosesdə məsləhətçi rolu 26 noyabr 2021-ci il tarixli Soçi üçtərəfli bəyanatında qeydə alınıb:

 

"Məlum olduğu kimi, mayın sonunda müvafiq ikitərəfli komissiya yaradılıb və iki ölkənin sərhədində Azərbaycan və Ermənistan nümayəndələrinin ilk tanışlıq görüşü keçirilib. Biz öz tərəfimizdən azərbaycanlı və erməni dostlarımızı Rusiya ərazisində qəbul etməyə hazırıq. Əminik ki, ölkəmizin peşəkar imkanları, post-sovet məkanında delimitasiya və demarkasiya sahəsində təcrübəsi Azərbaycan-Ermənistan sərhədində və ümumilikdə bütün regionda təhlükəsizliyi möhkəmləndirmək iqtidarındadır".

 

Zaxarova hesab edir ki, bu və ya digər tədbirlərin icra olunmasının konkret müddətlərini Bakı və İrəvan müəyyənləşdirəcək.

Instagram
Gündəmdən xəbəriniz olsun!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi