Modern.az

Vəzifəli şəxs yol qəzasında öldü - YENİLƏNİB

Vəzifəli şəxs yol qəzasında öldü - YENİLƏNİB

Hadisə

2 Avqust 2022, 18:55

Sabirabadda baş verən yol qəzasında ölən şəxsin kimliyi məlum olub.

 

Modern.az xəbər verir ki, həlak olan şəxs Salyan sakini, 1990-cı il təvəllüdlü Fazil Sabir oğlu Məhərrəmovdur. Onun YAP Salyan rayon təşkilatının sədr müavini olduğu bildirilir.

 

***

Sabirabad rayonunda ölümlə nəticələnən zəncirvari yol qəzası baş verib.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə Sabirabadın Qaragüney kəndində, Şirvan-Salyan magistralında qeydə alınıb.

 

"Mercedes" markalı minik və yük maşınlarının, “VAZ-2107” markalı minik avtomobilinin toqquşması nəticəsində 1 nəfərin hadisə yerində öldüyü, 6 nəfərin xəsarət aldığı bildirilir.

 

Xəsarət alanlar Şirvan şəhər xəstəxanasına yerləşdirilib.

 

Faktla bağlı araşdırma aparılır.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı