Heydər Əliyev Mərkəzi görkəmli dövlət xadimi Heydər Əliyevin 90 illik yubileyi ilə əlaqədar rejissorlar arasında müsabiqə elan edib.
Mərkəzdən Modern.az-a verilən məlumata görə, müsabiqədə Azərbaycanın tanıtım video çarxları iştirak edə bilər.
Müsabiqənin şərtləri:
- Müsabiqəyə təqdim edilən video çarxların xronometrajı 1 dəqiqədən 5 dəqiqəyədək olmalıdır;
- Video çarxlar ancaq bu müsabiqə üçün hazırlanmalıdır;
- Bir müəllif müsabiqəyə bir video çarx təqdim edə bilər;
- Videolar HD və ya SD formatında olmalıdır;
Müsabiqədə iştirak qaydası:
Video çarxlar 1 aprel 2013-cü il tarixindən 30 aprel 2013-cü il tarixinədək Heydər Əliyev Mərkəzinə (ünvan: Bakı şəhəri, Heydər Əliyev prospekti) DVD, flash card və ya hard disklərdə təqdim olunmalıdır. Video çarxlarla yanaşı müəlliflər özləri barədə sərbəst mətndə məlumat təqdim etməlidirlər. Məlumatda müəllifin adı, soyadı və atasının adı, çalışdığı qurumun adı (qurumun vəsiqəsinin surəti, müstəqil rejissorlar isə şəxsiyyəti təsdiq edən sənədin surətini təqdim etməlidir), əlaqə telefonu və elektron poçt ünvanı göstərilməlidir.
Qaliblərə mükafatlar təqdim olunacaqdır.
Mükafatlar:
1-ci yerin qalibi üçün
1 ədəd peşəkar mini video kamera
2-ci yerin qalibi üçün
1 ədəd masaüstü kompüter
3-cü yerin qalibi üçün
1 ədəd noutbuk
Müsabiqədə fərqlənən daha 20 nəfərə həvəsləndirici mükafat-mini planşet kompüter təqdim ediləcəkdir.
Müsabiqə ilə bağlı suallar Heydər Əliyev Mərkəzinin (+994 12) 505 60 01 əlaqə telefonunda cavablandırılır.