Modern.az

Nazirlik Xocalıdan olan 5 gənci himayəyə götürdü

Nazirlik Xocalıdan olan 5 gənci himayəyə götürdü

19 Mart 2013, 17:15


Xocalı soyqırımı zamanı hər iki valdeynini itirmiş 25 uşaqla (indi onların ən kiçiyinin 21 yaşı var-red) Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində bu gün keçirilən görüşdə nazirlik onlardan 5-ni himayəyə götürüb.

Həmin uşaqlardan olan Xəzəngül Əmirova bu barədə Modern.az saytına məlumat verib: “Bütün 25 nəfər bu görüşdə iştirak edirdi. Orada bizim problemlərimiz dinlənildi. Bu problemlərin həlli istiqamətində əllərindən gələn hər cür kömək göstərəcəklərinə söz verdilər. Kirayədə yaşayanlara mənzil veriləcəyi, mənzil verilənə qədər aylıq ödənişləri öz üzərlərinə götürdülər. Novruz Bayramı ilə əlaqədar bayram sovqatı paylanıldı. Eyni zamanda kömək məqsədilə hər birimizə 500 manat pul verildi”.

X.Əmirova bildirib ki, nazirlik 25 uşaqdan 5-ni himayəyə götürüb və Qarabağ əlili olan Murad Məhərrəmova ev verilməsi barədə qərar verib.

Qeyd edək ki, Xocalı soyqırımı zamanı hər iki valdeynini itirmiş 25 uşaqla (indi onların ən kiçiyinin 21 yaşı var-red) bağlı məsələlərin təşəbbüskarı Parlament Jurnalistlər Birliyi ilə “Nur” Uşaq və Gənclər Təşkilatıdır. Hazırda bununla bağlı kitab və film hazırlanır.

Pərvin ARZUQIZI

 
Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu