Modern.az

Azərbaycanda ilk dəfə yeni təşəbbüs - “Özünü və yaxınlarını qoru!”

Azərbaycanda ilk dəfə yeni təşəbbüs - “Özünü və yaxınlarını qoru!”

19 Mart 2013, 18:17

Park Cinema kinoteatrı, Promix şirkəti və Azərbaycan Səhiyyə Kommunikasıyası Assosasiyasının təşəbbüsü ilə 24 mart Beynəlxalq Vərəmlə Mübarizə günü ilə bağlı əhalinin maarifləndirilməsi məqsədilə “Özünü və yaxınlarını qoru!” devizi altında aksiya həyata keçirlməsi nəzərdə tutulub. Aksiya çərçivəsində Azərbaycanda ilk dəfə olaraq Park Cinema kinoteatrında seanslardan əvvəl Azərbaycan Səhiyyə Kommunikasıyası Assosasiyasının həyata keçirdiyi “Azərbaycanda vərəmin səmərəli profilaktikası və müalicəsi üçün kommunikasiya materiallarının hazırlanması” layihəsi çərçivəsində vərəmə qarşı mübarizə mövzusunda hazırlanmış maarifləndirici video-çarxlar nümayiş etdiriləcək. 
Park Cinema kinoteatrı və Azərbaycan Səhiyyə Kommunikasıyası Assosasiyasının birgə təşkilatçılığı ilə baş tutacaq aksiyanın məqsədi əhalinin xüsusən də, gənclərin vərəmə qarşı mübarizə mövzusunda maariflənməsinə yardım göstərilməsidir.
Video-çarxlarda vərəmin əlamətləri, müalicəsi ilə bağlı mesajlar verilir. Xüsusən vurğulanır ki, vərəm vaxtında aşakar edildikdə və düzgün müalicə aparıldıqda tam sağalır. 
Qeyd edək ki, video-çarxlar Total E&P Azərbaycan B.V. şirkəti və Vərəm Əleyhinə Milli Proq­­ramla əməkdaşlıqda hazırlanıb. 

Xatırladaq ki, vərəmlə mübarizə gününün tarixi 1882-ci il martın 24-də alman mikrobioloqu Robert Koxun xəstəliyin törədicisi olan vərəm çöplərini kəşf etməsi ilə bağlıdır. 1982-ci ildən hər il 24 mart bütün dünyada Beynəlxalq Vərəmlə Mübarizə Günü kimi qeyd olunur.

Modern.az

 
Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu