Modern.az

Rusiya qızılına sanksiya tətbiq olundu

Rusiya qızılına sanksiya tətbiq olundu

Dünya

3 Avqust 2022, 18:55

İsveçrə Avropa İttifaqının (Aİ) Rusiyaya qarşı qəbul etdiyi yeddinci sanksiyalar paketinə qoşulub.

 

Modern.az xəbər verir ki, bu barədə İsveçrə Federal Şurasının saytında məlumat yayılıb.

 

Qərara əsasən, Rusiya Federasiyasından gələn qızıl və qızıl məhsullarına sanksiya tətbiq ediləcək. Eyni zamanda "Sberbank"ın aktivləri dondurulacaq.

 

Qeyd olunub ki, 3 avqust qərarı ilə İsveçrə təcili tədbir görür. Məhdudiyyətlər bu gün axşam saatlarında qüvvəyə minəcək.

 

Akif İsmayılov

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi