Modern.az

Xırdalanda partlayış: yaralılar var - YENİLƏNİB 

Xırdalanda partlayış: yaralılar var - YENİLƏNİB 

Hadisə

3 Avqust 2022, 23:01

Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi səbəbilə TƏBİB-in tabeliyində olan Abşeron Rayon Mərkəzi Xəstəxanasının Təcili və Təxirəsalınmaz Tibbi Yardım briqadaları əraziyə cəlb olunub.

 

Modern.az xəbər verir ki, bu barədə TƏBİB-dən məlumat verilib.

 

İlkin məlumata görə, 1986-cı il təvəllüdlü və 1981-ci il təvəllüdlü iki nəfər (kişi) baş, boyun, hər iki yuxarı və aşağı ətrafların ikinci və üçüncü dərəcəli termiki yanıq xəsarətləri ilə Nərimanov Tibb Mərkəzinə yerləşdirilib.

 

Hazırda vəziyyətləri ağır stabildir.

 

Hadisə nəticəsində yaralanan digər 2 nəfərdən biri travma, biri isə tüstüdən boğulma səbəbi ilə Kliniki Tibbi Mərkəzə yerləşdirilib.

 

Əlavə məlumat veriləcək.

 

***

22:31

Fövqəladə Hallar Nazirliyi Xırdalanda baş verən partlayışla bağlı məlumat yayıb.

 

Nazirlikdən Modern.az-a verilən xəbərə görə, qurumun "112" qaynar telefon xəttinə Abşeron rayonu, Xırdalan şəhərində yerləşən beşmərtəbəli yaşayış binasının üçüncü mərtəbəsində partlayış baş verməsi barədə məlumat daxil olub.

 

Hazırda FHN-in Dövlət Yanğından Mühafizə Xidməti və Xüsusi Riskli Mühafizə Xidmətinin əməkdaşları hadisə yerinə cəlb olunub.

 

Əlavə məlumat veriləcək.

 

****

22:08

 

Bu gün axşam saatlarında Xırdalan şəhərində partlayış olub.

 

Modern.az xəbər verir ki, hadisə şəhərin mərkəzində yerləşən yaşayış binalarından birində qeydə alınıb.

 

Partlayış yerinə Fövqəladə Hallar Nazirliyinin əməkdaşları cəlb edilib. İlkin məlumata görə, hadisəyə qaz sızması səbəb olub.

 

Əlavə məlumat veriləcək

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
İsr@il SEPAHI başsız qoydu - İran isə məscidi VURDU