Modern.az

DİN Rəhim Qazıyevin saxlanılmasına aydınlıq gətirib

DİN Rəhim Qazıyevin saxlanılmasına aydınlıq gətirib

20 Mart 2013, 22:41

Daxili İşlər Nazirliyi (DİN) sabiq müdafiə naziri Rəhim Qazıyevin saxlanılması məsələsinə aydınlıq gətirib.

DİN-in mətbuat xidmətindən “Trend”ə bildiriblər ki, polis əməkdaşları axtarışda olan silahlı cinayətkarı tutarkən əməliyyat zamanı Rəhim Qazıyev polislərə etirazını bildirib.

Rəhim Qazıyev polis əməkdaşlarına qarşı zorakılıq göstərdiyindən o saxlanılıb və müvafiq hüquqi prosedurlar həyata keçirildikdən sonra buraxılıb.

Qeyd edək ki, dünən sabiq müdafiə naziri Rəhim Qazıyevin saxlanılması barədə məlumat yayılmışdı.

Modern.az

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu