Modern.az

Ərdoğan Putinlə Qarabağı müzakirə edəcək

Ərdoğan Putinlə Qarabağı müzakirə edəcək

4 Avqust 2022, 15:26

Rusiya Prezidenti Vladimir Putin avqustun 5-də türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla Qarabağ məsələsini müzakirə edəcək.

 

Modern.az-ın məlumatına görə, bu barədə Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov bildirib.

 

"Qarabağda vəziyyətin gərginləşməsi ilə əlaqədar fikir mübadiləsi aparılacaq. Bununla bağlı razılıq əldə olunub”,- Peskov yerli mediaya açıqlamasında deyib.

 

Qeyd edək ki, avqustun 5-də Türkiyə lideri Rəcəb Tayyib Ərdoğan Rusiyaya birgünlük səfər edəcək. Həmin gün Soçi şəhərində prezidentlərin görüşü keçiriləcək.

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi