Milli Məclis Sədrinin müavini Valeh Ələsgərovun başçılıq etdiyi parlament nümayəndə heyəti Parlamentlərarası İttifaqın 128-ci Assambleyasında iştirak etmək üçün martın 20-də Ekvadorun Kito şəhərinə yola düşüb. Milli Məclisin deputatı, Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatı Parlament Məclisinin sədr müavini və qurumdakı Azərbaycan nümayəndə heyətinin rəhbəri Asəf Hacıyev isə martın 25-dən 28-dək Moldovanın paytaxtı Kişinyovda səfərdə olacaq. Deputa QDİƏT PM-in Mədəniyyət, təhsil və sosial məsələlər üzrə Komitəsinin 40-cı iclasında iştirak edəcək. İclasda “QDİƏT-ə üzv ölkələrin universitetləri arasında diplomdan sonrakı təhsil səviyyəsində əməkdaşlığın üstünlüyü və perspektivləri” mövzusunda məruzə və müvafiq qətnamə layihəsi təqdim olunacaq, bir sıra təşkilati məsələlərə baxılacaq. Modern.az
Nümayəndə heyətinə Milli Məclisin deputatları Səməd Seyidov, Sahibə Qafarova, Fuad Muradov və Cavanşir Feyziyev daxildir.
Qurumun mətbuat xidmətinin Modern.az-a verdiyi məlumata görə, Assambleyada “Kortəbii inkişafdan məqsədyönlü tərəqqiyə doğru: yeni yanaşmalar, yeni həll yolları” mövzusunda fikir mübadiləsi aparılacaq. Səfər çərçivəsində Azərbaycanla Parlamentlərarası İttifaq arasında əməkdaşlığın perspektivləri, münasibətlərin daha da inkişaf etdirilməsi yolları müzakirə ediləcək, bir sıra ölkələrin parlament rəhbərliyi ilə görüşlər keçiriləcək.
Assambleya çərçivəsində təşkilatın Beynəlxalq sülh və təhlükəsizlik üzrə daimi komitəsində Azərbaycan tərəfinin Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi barədə çıxışı dinləniləcək, suallara cavab veriləcək.
Deputatların səfəri martın 29-da başa çatacaq.