Azərbaycanda koronavirus (COVID-19) infeksiyasına 540 yeni yoluxma faktı qeydə alınıb, 370 nəfər müalicə olunaraq sağalıb.
Nazirlər Kabineti yanında Operativ Qərargahdan Modern.az-a verilən məlumata görə, son sutkada COVID-19 üçün götürülən analiz nümunələri müsbət çıxmış şəxslərdən ölən olmayıb.
İndiyədək ümumilikdə 801 018 nəfərin koronavirus infeksiyasına yoluxması faktı müəyyən edilib. Onlardan 788 209 nəfər müalicə olunaraq sağalıb, 9755 nəfər vəfat edib, aktiv xəstə sayı 3054 nəfərdir.
Son sutka ərzində 3485, hazırkı dövrədək isə 7 062 408 test aparılıb.