Bayden administrasiyası bazar ertəsi Ukraynaya yeni hərbi yardım paketini təsdiqləyəcək.
Modern.az xəbər verir ki, bu barədə "Reuters" agentliyi öz mənbələrinə istinadən məlumat yayıb.
Yeni hərbi yardım paketinin dəyəri 1 milyard dollar olacaq. Bu paketə uzun mənzilli HİMARS raket sistemləri üçün sursatlar, NASAMS yer-hava raket sistemi, 50-yə qədər M113 zirehli tibbi maşınlar daxildir.
İndiyədək ABŞ-ın Ukrayayana ayırdığı yardımın ümumi dəyəri 8.8 milyard dollar olub.
Akif İsmayılov