Modern.az

5 yaşlı qız qaynar suda yandı

5 yaşlı qız qaynar suda yandı

Hadisə

6 Avqust 2022, 08:40

Zaqatala rayonunun Muxax kənd sakini, 2017-ci il təvəllüdlü Dəmirova Xanım Bayram qızı evdə oynayan zaman ehtiyatsızlıqdan qaynar su olan qabın içinə düşüb.

 

Modern.az xəbər verir ki, azyaşlı yaxınları tərəfindən Zaqatala Rayon Mərkəzi Xəstəxanasına aparılıb.

 

Xanım Dəmirovaya xəstəxanada 2-3-cü dərəcəli termiki yanıq xəsarəti dioqnozu qoyulub. Ona xəstəxanada lazımi tibbi yardım göstərildikdən sonra, vəziyyəti ağır olduğu üçün müayinə və müalicəsini davam etdirmək məqsədilə Bakı şəhərindəki xəstəxanalardan birinə göndərilib.

 

Faktla bağlı araşdırma aparılır.

Whatsapp
Bizə yazın!
Keçid et
TƏCİLİ! Türkiyə Ermənistanla sərhədi aça bilər - Kritik açıqlama