Modern.az

Sabah hava necə olacaq? - PROQNOZ

Sabah hava necə olacaq? - PROQNOZ

22 Mart 2013, 14:21

Ekologiya və Təbii Sərvətlər Nazirliyi Milli Hidrometeorologiya Departamentinin məlumatına görə, martın 23-də Bakıda və Abşeron yarımadasında dəyişkən buludlu olacağı, əsasən yağmursuz keçəcəyi, səhər və axşam bəzi yerlərdə duman olacağı gözlənilir.
Havanın temperaturu gecə 5-9°, gündüz 13-18°, bəzi yerlərdə 20°-dək isti, Bakıda gecə 6-8° isti, gündüz 14-16° isti olacağı gözlənilir. Atmosfer təzyiqi 757 mm civə sütunundan 750 mm civə sütununa enəcəkdir. Nisbi rütubət gecə 85-95 faiz, gündüz 70-75 faiz təşkil edəcəkdir.

Naxçıvan Muxtar Respublikasında əsasən yağmursuz keçəcəkdir. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6° isti, bəzi yerlərdə 2°-dək şaxta, gündüz 18-23° isti olacağı gözlənilir.

Yuxarı Qarabağ: Xankəndi, Şuşa, Xocalı, həmçinin Xocavənd, Qubadlı, Zəngilan, Laçın, Kəlbəcər və Daşkəsən-Gədəbəy rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər bəzi yerlərdə duman olacaqdır. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 2-6°, gündüz 10-15°, bəzi yerlərdə 18°-dək isti olacağı gözlənilir.

Qazax, Gəncə, Goranboy, Tərtər, Ağdam, Füzuli, Cəbrayıl rayonlarında Əsasən yağmursuz, keçəcək, gecə və səhər zəif duman olacaqdır. Lakin gecəyə doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 5-9° isti, gündüz 18-23° isti olacağı gözlənilir.

Balakən, Zaqatala, Qax, Şəki, Oğuz, Qəbələ, İsmayıllı, Ağsu, Şamaxı, Siyəzən, Şabran, Xızı, Quba, Xaçmaz, Qusar rayonlarında əsasən yağmursuz keçəcək, gecə və səhər duman olacaqdır. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 1-6°, gündüz 16-21° isti, dağlarda gecə 3° şaxtadan 2°-dək isti, gündüz 2-7° isti olacağı gözlənilir.

 Mərkəzi-Aran: Mingəçevir, Yevlax, Göyçay, Ağdaş, Kürdəmir, İmişli, Ağcabədi, Beyləqan, Sabirabad, Biləsuvar, Saatlı, Şirvan, Hacıqabul, Salyan, Neftçala rayonlarında  əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Lakin axşama doğru bəzi yerlərdə yağıntılı olacağı gözlənilir.
Havanın temperaturu gecə 4-9°, gündüz 15-20°, bəzi yerlərdə 24°-dək isti olacağı gözlənilir.

Masallı, Yardımlı, Lerik, Lənkəran, Astara rayonlarında əsasən yağmursuz keçəcəkdir. Gecə və səhər bəzi yerlərdə duman, çiskin olacaqdır. Havanın temperaturu gecə 5-8°, gündüz 15-18° isti, dağlarda gecə 0-5°, gündüz 10-15° isti olacağı gözlənilir. 

Modern.az

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu