Modern.az

Ukrayna Şimali Makedoniyadan tank və qırıcılar aldı

Ukrayna Şimali Makedoniyadan tank və qırıcılar aldı

Dünya

6 Avqust 2022, 19:10

Ukraynanın prezident ofisinin müşaviri Mixail Podolyak Şimali Makedoniyanın Kiyevə təyyarə və tank təhvil verdiyini rəsmən təsdiqləyib.

 

Modern.az xəbər verir ki, bu barədə Podolyak "Twitter"də məlumat yayıb.

 

“Bu gün bir çox dövlətlər G20-nin yarısından daha çox cəsarət nümayiş etdirir. Şimali Makedoniya Ukraynaya tanklar və təyyarələr verib”, - deyə Podolyak qeyd edib.

 

Bundan əvvəl mətbuatda Şimali Makedoniyanın 2001-ci ildə Ukraynadan aldığı T-72 tanklarını, eləcə də 2001 -ci ildə Kiyevdən aldığı Su-25 qırıcılarını təhvil verəcəyini yazmışdı.

 

2001-ci ilin yanvar-noyabr aylarında Makedoniyanın şimal-qərbində silahlılarla ölkənin təhlükəsizlik qüvvələri arasında silahlı toqquşmalar baş verib. Ukrayna bu ölkəyə tank və döyüş təyyarələri göndərib.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi