Əfqanıstanın paytaxtı Kabildə partlayış törədilib.
Modern.az "Reuters" agentliyinə istinadən xəbər verir ki, hadisə nəticəsində 22 nəfər yaralanıb.
Partlayış şəhərin şiə müsəlman icmasının üzvlərinin mütəmadi olaraq toplaşdığı qərb bölgəsində baş verib.
Əfqanıstan Daxili İşlər Nazirliyinin sözçüsü yaralılara kömək etmək və itkiləri qiymətləndirmək üçün partlayış yerində istintaq qrupunun olduğunu bildirib.
Akif İsmayılov