Modern.az

Millimiz bu gün Lüksemburqla qarşılaşacaq

Millimiz bu gün Lüksemburqla qarşılaşacaq

22 Mart 2013, 16:37

Bu gün Dünya çempionatı-2014-ün seçmə mərhələsində mübarizə aparan Azərbaycan milli komandası qrupda beşinci oyununa çıxacaq. Modern.az-ın məlumatına görə 2013-cü ildə ilk rəsmi matçına çıxan millimizin rəqibi Lüksemburq yığmasıdır. Lüksemburq yığması komandamıza tanış rəqib olduğu üçün hər kəsə qələbəyə daha çox inanır. Buna qədər 4 oyun keçirən komandamız 2 xalla 5-ci, rəqibimiz isə 1 xalla sonuncu pillədə qərarlaşb.

Lüksemburq - Azərbaycan oyunu Bakı vaxtilə 23.15-də başlayacaq. Matçı İrlandiyadan olan hakimlər briqadası idarə edəcək.

Xatırladaq ki, 2010-cu ilin mart ayında Lüksemburqda keçirilən yoldaşlıq görüşündə komandamız 2:1 hesabı ilə qalib gəlib. 

Anar Kəlbiyev

Whatsapp
Bizə yazın!
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu