Qərb hökumətləri Türkiyə ilə Rusiya arasında iqtisadi əlaqələrin dərinləşməsindən təşvişə düşüb.
Modern.az xəbər verir ki, bunu adı açıqlanmayan Qərb rəsmləri "Financial Times" qəzetinə deyib.
Mənbələr bildirir ki, Türkiyə Rusiyanın sanksiyalardan yayınmasına kömək edərsə, Ankaraya da təzyiqlər edilə bilər.
Qeyd edək ki, Cümə günü Rusiya Prezidenti Vladimir Putin və Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan nəqliyyat, kənd təsərrüfatı, maliyyə və tikinti sənayesində əməkdaşlığın genişləndirilməsi barədə razılığa gəliblər.
Akif İsmayılov