Modern.az

Çinlə Rusiyanın ticarət dövriyyəsi 30% artıb

Çinlə Rusiyanın ticarət dövriyyəsi 30% artıb

7 Avqust 2022, 22:54

Rusiya ilə Çin arasında ticarət dövriyyəsi 2022-ci ilin ilk yeddi ayında 29 faiz artaraq 97,71 milyard dollara çatıb.

 

Modern.az xəbər verir ki, bu barədə Çin Gömrük İdarəsi məlumat yayıb.

 

Qeyd olunub ki, yanvar-iyul aylarında Çindən Rusiyaya ixrac 5,2 faiz artaraq 36,27 milyard dollar təşkil edib.

 

Rusiya mal və xidmətlərinin Çinə idxalı isə 48,8 faiz artaraq 61,45 milyard dollara yüksəlib.

 

İyulda ölkələr arasında ticarət dövriyyəsinin həcmi 16,79 milyard dollar, Çinin ixracı 6,77 milyard dollar, idxalı isə 10,02 milyard dollar olub.

 

Akif İsmayılov 

Whatsapp
Bizə yazın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi