Modern.az

“Dost da, düşmən də bilsin ki, Azərbaycan tək deyil” - Çavuşoğlu

“Dost da, düşmən də bilsin ki, Azərbaycan tək deyil” - Çavuşoğlu

Qarabağ

8 Avqust 2022, 12:16

“Azərbaycanın İkinci Qarabağ müharibəsindəki qələbəsi Cənubi Qafqazda sülhün və normallaşma prosesinin başlanması deməkdir”.

 

Modern.az xəbər verir ki, bunu Türkiyənin xarici işlər naziri Mövlud Çavuşoğlu Ankarada səfirlərin 13-cü konfransının açılışında deyib.

 

"Bunu dost da, düşmən də bilsin ki, can Azərbaycan heç bir zaman tək deyil. Biz hər zaman onun yanındayıq. Hazırda biz Ermənistanla da Azərbaycanla razılaşdırılmış şəkildə danışıqlarımızı aparırıq. Türkiyə sadəcə bölgədə proseslərin normallaşmasını istəyir”, - XİN başçısı vurğulayıb.

 

Qeyd edək ki, Türkiyənin paytaxtı Ankarada Səfirlərin 13-cü konfransı keçirilir. Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov da iclasda iştirak edir.

Youtube
Kanalımıza abunə olmağı unutmayın!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi