Modern.az

Qərbi azərbaycanlılara qaçqın statusu verilsin - TƏKLİF

Qərbi azərbaycanlılara qaçqın statusu verilsin - TƏKLİF

9 Avqust 2022, 10:44

Qərbi azərbaycanlılara qaçqın statusunun verilməsi təklif edilir.

 

Modern.az "Report"a istinadən xəbər verir ki, bu təkliflə "Qərbi Azərbaycan İcması”nın sədri Əziz Ələkbərli çıxış edib.

 

O bildirib ki, Qərbi Azərbaycan qaçqınlarının statusu ilə bağlı qanun layihəsinə yenidən baxılmalıdır:

 

"Bu gün bu insanlar heç bir hüquq və imtiyazlardan yararlana bilmirlər. Tarixi torpaqları uğrunda mübarizə aparmaq istəyənlər əvvəlcə özlərini qaçqın statusunda hiss etməlidirlər".

Whatsapp
Bizə yazın!
Keçid et
Xankəndidə Zirvə görüşü - CANLI