Modern.az

“Bayraktar” zavodu tikilsə, oranı vuracağıq - Kremldən TƏHDİD

“Bayraktar” zavodu tikilsə, oranı vuracağıq - Kremldən TƏHDİD

Dünya

9 Avqust 2022, 13:50

Rusiya Ukraynada “Bayraktar” pilotsuz uçuş aparatlarını istehsal edəcək zavodun tikilməsi ilə bağlı məlumatlara münasibət bildirib.

 

Modern.az xəbər verir ki, Rusiya Prezidenti Vladimir Putinin sözçüsü Dmitri Peskov zavod inşa olunarsa, ora zərbə endiriləcəyini deyib.

 

“Ukraynada “Bayraktar” PUA-larını istehsal edəcək zavod yaradılarsa, mütləq Rusiya tərəfindən ora zərbə vurulacaq”, - deyə Peskov təhdid dolu mesaj verib.

 

Qeyd edək ki, ötən günlərdə Ukraynanın Türkiyədəki səfiri Vasil Bodnar ölkəsində “Bayraktar” PUA-larını istehsal edən zavodun tikiləcəyini elan edib.

Telegram
Hadisələri anında izləyin!
Keçid et
35 illik savaşa NÖQTƏ QOYULDU: Vaşinqtonda tarixi imza