Modern.az

"Vallah biz onun fəaliyyətini izləməkdən yorulduq, amma o yorulmadı"

"Vallah biz onun fəaliyyətini izləməkdən yorulduq, amma o yorulmadı"

Parlament

24 Mart 2013, 13:00

Etibar Hüseynov,
Milli Məclisin üzvü

Ad gününü iki dəfə qeyd etməyə məhkum olan xanıma

Bu gün  əziz dostum və qız qaradaşım Qənirə Paşayevanın de-yure ad günüdür. Yəni faktiki olaraq Qənirə xanım martın 6-sı dünyaya gəlsə də, sənəd üzrə ayın 24-ü qeyd olunub. Ona görə də bu faktı bilməyənlərin əksəriyyəti onu məhz  bu gün təbrik edir. Və o da hec kəsi qırmamaq ücün üzə vurmur və  təbrikləri qəbul edir. Yəni xoşluqla da olmasa Qənirə xanım bu xoş günün ovqatını iki dəfə yaşayır.  

Bəlkə  bu xoş təsadüf  də onun üçün yazılan bir tale payıdır.  Cünki  hamınız mənimlə razılaşarsınız ki, Qənirə Paşayeva- ad günü elə iki dəfə qeyd olunası xanımlardandır. Bu sətirləri yazanda onun harada olduğunu bilmirəm. Vətəndəmi , ya xaricdə?- məlumatım yox. Avtomobildəmi, qatardamı , uçaqdamı ya gəmidəmi?-onu da bilmirəm. Amma onu bilirəm ki, bu gün ad günü olmasından heç xəbəri yox.  

Zatən belə "xırda məsələ"lər onun yadına çətin ki, düşə. Amma mən onu da dəqiq bilirəm ki, indi haradadırsa , yenə də Azərbaycandan, Qarabağdan danışır.  Vallah biz onun fəaliyyətini izləməkdən, onun yazdığı kitabları oxumaqdan, bəstələdiyi mahnıları dinləməkdən yorulduq , Amma o yorulmadı, usanmadı, tükənmədi.
Onun bir insan kimi xarakteri və ya ictimai -siyasi xadim kimi fəaliyyəti haqda çox danışmaq olar. Amma mən Qənirə Paşayevanı bir baxış bucağiyla təqdim etməyə çalışacam.

 Bir anlığına təsəvvür edin: Azərbaycanın fərq etməz-şimalı, cənubu, şərqi ya qərbi olsun. Fərqi yoxdu- şəhəri, rayonu və ya ən ucqar kəndi olsun.. Bir nəfər  qarşısına çıxan istənilən qapını döyür və  "mən Qənirə Paşayevayam, sizə qonaq gəlmişəm"- deyir. Yenə də əvvəlki silsiləylə deyəcəm; Fərq etmir ki ,qapını kim açır- kişi, qadın, qoca və  ya uşaq; Fərq etmir ev yiyəsinin hansı millətdən olması-turkdü, kürddü, talışdı və  ya ləzgi; Fərq etmir ev yiyəsinin kasıb və ya varlı olması. Qapı açılacaq və ev yiyəsi böyük sevinclə "xoş gəlmisiz"- deyib Qənirəyə sarılacaq. Gerisi məlum- onu süfrənin başında əyləşdirib, qarşısına ən ləziz yeməklər gətirəcək, ən rahat bərxananı da onun üçün açacaqlar. Elə deyilmi? Hesab edirəm ki, bu yazdıqlarıma kimsənin şübhəsi yox. Bax budur zəmanəmizin Qənirə Paşayevasının bu günə olan həyat portreti. Səni təbrik edirəm, əziz bacım.

Facebook
Dəqiq xəbəri bizdən alın!
Keçid et
Putin 110 minlik ordu yığdı: Bu şəhəri tutarsa...