Bu ilin yanvar-iyun aylarında Bakıda ticarət dövriyyəsinin həcmi ötən ilin yanvar-iyun ayları ilə müqayisədə 4,6 faiz artaraq 13 milyard 5,5 milyon manat təşkil edib.
Bakı Şəhər Statistika İdarəsindən Modern.az-a bildirilib ki, ticarət şəbəkəsində satılmış ərzaq məhsulları, içkilər və tütün məmulatlarının dəyəri əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,1 faiz artaraq 7 milyard 779,5 milyon manata, qeyri-ərzaq məhsullarının həcmi isə 7,5 faiz azalaraq 5 milyard 226 milyon manata bərabər olub.
İstehlak məhsullarının 36,1 faizi hüquqi şəxs statuslu müəssisələrdə, 46,7 faizi fərdi sahibkarlara məxsus ticarət obyektlərində, 17,2 faizi isə paytaxtın məhsul bazarlarında satılıb.