Modern.az

Həbsdəki NİDA-çının məhkəməsi olacaq

Həbsdəki NİDA-çının məhkəməsi olacaq

24 Mart 2013, 16:54

NİDA Vətəndaş Hərəkatının həbsdə olan üzvü Məmməd Əzizovun məhkəməsi olacaq. Bu barədə hərəkatın mətbuat koordinatoru Elmin Bədəlov məlumat verib: “Məhkəmə martın 27-si saat 14:30-da Apellyasiya Məhkəməsində
keçiriləcək. Məmməd Əzizovun ev dustaqlığına buraxılması ilə bağlı Nəsimi rayon Məhkəməsinin qərarından şikayət verilib. Məmməd Əzizovun məhkəməyə gətirilməsi gözlənilir”.

Qeyd edək ki, NİDA Vətəndaş hərəkatının 4 üzvü – Məmməd Əzizov, Rəşad Həsənov, Bəxtiyar Quliyev və Şahin Həsənli həbs olunub. “Amnesty İnternational” beynəlxalq təşkilatı 4 gəncin həbsini siyasi sifariş hesab edir və onların dərhal azadlığa buraxılmasını tələb edir. Adıçəkilən təşkilat gəncləri vicdan məhbusu elan edib.

Modern.az 

Sizə yeni x var
Keçid et
Putin üçün rəzil durum - Rus əsgəri bölgədən belə qovuldu