Modern.az

35 ölkənin müdafiə naziri Rusiyada toplaşacaq

35 ölkənin müdafiə naziri Rusiyada toplaşacaq

Dünya

10 Avqust 2022, 18:58

Rusiya hakimiyyəti Beynəlxalq Təhlükəsizlik üzrə Moskva Konfransı keçirməyi planlaşdırır.

 

Modern.az xəbər verir ki, bu barədə Rusiyanın müdafiə nazirinin müavini general-polkovnik Aleksandr Fomin məlumat verib.

 

O bildirib ki, konfrans “Rusiyanın hərəkətləri haqqında həqiqəti əks etdirən məlumatı” dünyaya çatdırmaq üçün nəzərdə tutulub. 

 

Nazir müavininin sözlərinə görə, 35 ölkənin müdafiə naziri tədbirdə iştirakını təsdiqləyib, onlardan 25-i şəxsən gələcək. Lakin həmin ölkələrin adları açıqlanmayıb.

 

Fomin onu da vurğulayıb ki, konfransda müxtəlif formatlarda iştirak, o cümlədən videokonfrans formatında, eləcə də əvvəlcədən qeydə alınmış videomüraciətlər nəzərdə tutulub.

 

Konfransı Rusiyanın müdafiə naziri Sergey Şoyqu açacaq.

 

Akif İsmayılov 

Telegram
Hadisələri anında izləyin!
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi