Modern.az

Ukraynanın borcları 2024-cü ilə qədər donduruldu 

Ukraynanın borcları 2024-cü ilə qədər donduruldu 

Dünya

10 Avqust 2022, 22:18

Ukraynanın kreditorları ölkənin avrobond üzrə ödənişlərini 2024-cü ilə qədər dondurmağa razılaşıblar. Ukraynanın xarici borcunun 75%-i avrobondların payına düşür. 

 

Modern.az xəbər verir ki, bu barədə məlumat Ukrayna Maliyyə Nazirliyinin saytında dərc olunub.

 

“Təklifimizi qəbul etdikləri üçün investorlara minnətdarıq. Rəsmi dövlət sektoru ilə yanaşı, özəl investor icmasının Ukrayna ilə göstərdiyi həmrəylik sayəsində biz müharibə şəraitində ölkənin dövlət büdcəsinin ehtiyaclarını ödəyə və dövlət maliyyəmizin davamlılığını qoruya biləcəyik”, - deyə nazirlikdən bildirilib.

 

"Bloomberg"in verdiyi məlumata görə, Ukraynanın xarici borcu 19,6 milyard dollardır, ödənişlərin dondurulması qərarı Kiyevə 2024-cü ilə qədər borc xidmətində ödənilməli olan 5,8 milyard dollara qənaət etməyə imkan verəcək.

 

Akif İsmayılov 

Sizə yeni x var
Keçid et
Putin geri çəkildi: Azərbaycanla bağlı tapşırıq verdi