Modern.az

4 qız dərmandan zəhərləndi

4 qız dərmandan zəhərləndi

Hadisə

10 Avqust 2022, 22:26

Göygöldə zəhərlənmə faktı qeydə alınıb.

 

Modern.az APA-ya istinadən xəbər verir ki, hadisə rayonun Heydər Əliyev prospektində yerləşən evlərin birində qeydə alınıb.

 

Belə ki, 2010-ci il təvəllüdlü A.Məmmədova, onun həmyaşıdı M.Hacıyeva, Ş.Rüstəmova və K.Hacıyeva zəhərlənmə diqanozu ilə xəstəxanaya yerləşdiriliblər. Qızlara tibbi yardım göstərilib,vəziyyətlərinin ağır olduğu bildirilir.

 

Məlumata görə, qızlar saçlarında bit olduğu üçün mal-qaranın dezinfeksiyasında istifadə edilən "Niastol" adlı kimyəvi preparatı saçlarına vurduqları üçün zəhərləniblər.

Sizə yeni x var
Keçid et
İran televiziyasında Azərbaycana hücum çağırışı